18 İyul 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

64 obyektdə zəruri qayda və tələblərə əməl olunmadığı müəyyən edilib

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) noyabrın 17-də keçirdiyi monitorinqlər zamanı Nəsimi rayonunda “New life”, “Mübariz parfum” mağazalarında, Binəqədi rayonunda Akif Abıyevə, Mahir Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda Mahir Əliyevə məxsus mağazada, Vüqar Məmmədova məxsus “Market”də, Nərimanov rayonunda İlham Məmişova, Kazım Camalova məxsus mağazalarda, Xəzər rayonunda Azər Əliyevə, Məhəmməd İsmayılova, İsmayıl Əhmədova məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda "ABC-Telecom" MMC-yə məxsus mağazada, Yasamal rayonunda“Al market”də, "Dokta” MMC-yə məxsus “Aptek”də, Xətai rayonunda Elvin Xankişiyevə, Nizami Musayevə məxsus mağazalarda, Suraxanı rayonunda "Buta farm” MMC-yə məxsus “Aptek”də, Zaur Rəhimova məxsus ət dükanında, Qaradağ rayonunda "AG Telekom" MMC-nin Lökbatan xidmət mərkəzində, Nizami rayonunda “Oba market”də, Gəncə şəhərində “LG elektrik” mağazasında, “Cehizlik mağazası”nda, “Sonti market”də, Sumqayıt şəhərində“Səfərli TM” ticarət obyektində, "Eleqant tekstil" MMC-də, Abşeron rayonunda Əli Zeynalova, Elxan Musayevə, Nurlan Vəlibəyova məxsus mağazalarda, Quba rayonunda Gültəkin Orucovaya məxsus pərakəndə ticarət obyektində, Sabirabad rayonunda Fuad Abdullayevə məxsus plastik qapı pəncərə sexində, Şəmkir rayonunda Hafiz Abdullayevə, Qabil Şükürova məxsus mağazalarda, ümumilikdə, 64 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Vergi75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi? VergiFərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi? VergiƏvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi? Vergiİdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı? VergiDublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi? VergiXarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi VergiKənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır? Vergiİşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu? VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur?