17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB inkişaf mərkəzlərinin vahid portalı sahibkarların istifadəsinə verilib

Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, həmçinin sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin biznes sahəsində təlimlər və məsləhət xidmətləri, şəbəkələşmə, təcrübə proqramları, maliyyə resurslarına çıxış və digər dəstəklər barədə məlumatlandırılması və təlimlər üçün KOB inkişaf mərkəzlərinin vahid onlayn platforması – “www.kobim.az” saytı istifadəyə verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, KOBİA tərəfindən yaradılmış saytın məqsədi KOB-ları bilik və bacarıqlarının artırılması üçün zəruri olan dəstək və xidmətlər barədə məlumatlandırmaq, bu xidmətlərə çıxışın asanlaşdırılmasıdır. “www.kobim.az” saytında KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM), bu mərkəzlərdə sahibkarlar üçün təşkil olunan təlimlər, məsləhət, şəbəkələşmə və digər xidmətlər, peşəkar təlimçi-ekspertlər haqqında məlumatlar verilir. Saytda, həmçinin ay ərzində Bakı, Sumqayıt, Xaçmaz və Yevlax KOBİM-lərdə təşkil olunan ödənişsiz təlimlərə dair məlumatlar yerləşdirilir. KOB-lara ehtiyaclarına uyğun təlimlərdə iştirak etmələri üçün sayt üzərindən elektron müraciət etmək imkanı da yaradılıb.
Yaxın günlərdə saytda KOB-lar üçün onlayn təlim imkanı yaradılacaq, həmçinin sayta videotəlim materialları yerləşdiriləcək ki, bu da sahibkarlara yaşadıqları ərazini tərk etmədən və vaxta qənaət etməklə biznes sahəsində zəruri biliklər əldə etməyə, sahibkarlıq fəaliyyəti və bu sahədəki yeniliklər barədə məlumatlanmağa imkan verəcək.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri