22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Pakistan səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Nazir Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfirə uğurlar arzulayıb. Vurğulayıb ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Dost və qardaş Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açılan ilk ölkələrdəndir.

İqtisadiyyat naziri təcavüzkar Ermənistanın silahlı birləşmələrinin sentyabrın 27-dən başlayan növbəti hərbi təxribatları, ağır artilleriya və raket qurğuları ilə mülki əhaliyə qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər barədə məlumat verib, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Mikayıl Cabbarov son günlərdə Pakistanda baş verən və insan tələfatı ilə nəticələnən terror aktlarının qəti şəkildə pislənildiyini vurğulayıb və səfirə dərin hüznlə başsağlığı verib.

Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan ölkəmizin ədalətli mövqeyini tam dəstəkləyir və daim Azərbaycanın yanındadır.

Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər barədə müzakirələr aparıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?