8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəruri qayda və tələblərə əməl olunmasına nəzarət tədbirləri gücləndirilib

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) zəruri qayda və tələblərə əməl olunmasına nəzarət tədbirlərini gücləndirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, noyabrın 3-də keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda Təranə Binnətovaya, Pərviz Məmmədova, Adəm Şirinova məxsus mağazalarda, Nərimanov rayonunda “Beauty qadın salonu”nda, Elmin Hüseynova məxsus “Paltar mağazası”nda, Nəsimi rayonunda İlqar Avdiyevə, Şamil Məhərrəmova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda “Casa bella oboy mağazası”nda, Məhərrəm Qasımlıya məxsus mağazada, Qaradağ rayonunda “Al market”də, Sabunçu rayonunda “Megastore” mağazasında, Səbail rayonunda “Almart” ticarət obyektində, “City dental” stomatoloji kabinetində, Suraxanı rayonunda Arzuman Hüseynliyə, Ağa Nəcəfova məxsus pərakəndə ticarət obyektlərində, Xətai rayonunda Elnur Hüseynova, Olya Bayramovaya, Naidə Qurbanovaya məxsus ərzaq mağazalarında, Xəzər rayonunda Sevda Şabanovaya məxsus baytarlıq aptekində, Yasamal rayonunda “M.M market”də, “Bizim market”də, “Nayla estetik centre”də, Gəncə şəhərində “Altun inşaat” ticarət obyektində, Etibar Heydərova, Şahin Məmmədova, Tural Kazımova məxsus mağazalarda, Sumqayıt şəhərində “Gənclik market”də, Məhbubə Məmmədovaya, Kamil Hüseynova, Elxan Babaşova məxsus pərakəndə ticarət obyektlərində, Abşeron rayonunda Nailə Məmmədovaya, Xəqani Həsənova məxsus mağazalarda, Şəmkir rayonunda “Şəmkir inşaat mağazası”nda, “ESE ticarət mərkəzi”ndə, Sabirabad rayonunda Vasif Həsənova, Seyidrza Səmədova məxsus mağazalarda, Lənkəran rayonunda Mirnəsirə Cavadovaya, Şairə Səfərovaya məxsus pərakəndə ticarət obyektlərində, Cəlilabad rayonunda Cümşüd Əliyevə, Nahid Ağayevə məxsus mağazalarda, Şəki rayonunda Ramiz Həmidova, Elvin Abdulsəlimliyə məxsus pərakəndə ticarət obyektlərində, Quba rayonunda Tarıyel Lətifova, Vüqar Qaçıyevə məxsus mağazalarda, ümumilikdə 75 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?