5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası ilə regionlarda layihələr həyata keçirəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası (TESK) ilə birgə regionlarda layihələr həyata keçirəcək.
KOBİA-dan bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov TESK-in rəhbəri Bendevi Palandöken ilə görüşüb. Türkiyənin kiçik və orta sahibkarlıq sahəsində təcrübəsini və uğurlarını qeyd edən O.Məmmədov ölkəmizdə də bu sahənin dövlətin diqqət mərkəzində olduğunu, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstək tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib. Görüşdə Türkiyənin müvafiq qurumları ilə kiçik və orta sahibkarlıq sahəsində KOBİA-nın uğurlu əməkdaşlığı vurğulanıb. Azərbaycanda da müxtəlif sektorlar üzrə sahibkarların ictimai birlikləri, eləcə də KOBİA yanında 15 QHT və sahibkarlar assosiasiyalarından ibarət İctimai Şuranın fəaliyyət göstərdiyi və bu təşkilatların KOB-ların təşkilatlanmasında əhəmiyyəti diqqətə çatdırılıb.
KOBİA-nın sədri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının ölkə əhalisi, mülki infrastruktur və sahibkarlar üçün ağır nəticələri barədə məlumat verib, həmçinin İzmirdə baş vermiş zəlzələdən təəssüfləndiyini bildirib.
Görüşdə ölkə regionlarında TESK və biznes assosiasiyalarla birgə layihələrin, o cümlədən sosial sahibkarlıq sahəsində layihələrin həyata keçirilməsi, kiçik sahibkarların reyestrinin yaradılmasında TESK-in təcrübəsinin öyrənilməsi və KOB-ların fəaliyyətinin dəstəklənməsi üzrə birgə təşəbbüslər müzakirə olunub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?