15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müştərilərə daha keyfiyyətli bank xidmətləri onlayn göstəriləcək

Yeni yaradılan Rəqəmsal İdentifikasiya Sistemi blokçeyn texnologiyalarına əsaslanır

İqtisadçı ekspert Elman Sadıqov Mərkəzi Bankın İBM şirkəti ilə birgə yaratdığı yeni sistemin üstünlükləri barədə bildirib ki, sistemin əsas məqsədi müştəriləri tanımaq və bu yolla terrorçuluğu maliyyələşdirməyin qarşısını almaqdır: "Azərbaycan banklarında məsafədən hesab açmaq tətbiq olunsa da, müştəriləri tanıma prinsipi zəif həyata keçirilirdi. Çünki müştəri məsafədən hesab açarkən onun şəxsiyyətini, kimliyini, kredit tarixçəsini və ya bankla işləmə mədəniyyətini və s. müəyyənləşdirmək çətin olurdu. Əlavə olaraq, burada terrorçuluğun maliyyələşdiriməsi, çirkli pilların yuyulması hallarını izləmək mümkün olmurdu. Rəqəmsal İdentifikasiya Sistemi bu çətinliklərin aradan qaldırılmasına imkan verəcək.

Blokçeyn texnologiyalarına əsaslanan sistemdə məlumatların digər bazalardan tam məxfilik gözlənilməklə alınmasını nəzərdə tutulur. Məsələn, müştərinin kredit reyestri və ya digər mənbələrdə Azərbaycan vətəndaşlarının müştəri məlumatları toplanıb. Həmin məlumatlar bankların inteqrasiya olunduğu sistemə ötürülür. Müştəri məsafədən hesab açarkən artıq bank onun haqqında məlumatlara malik olur. Hesab açan müştərinin hansı kateqoriyaya, hansı risk dərəcəsinə aid olduğunu, kredit tarixçəsini, sosial statusunu müəyyən edir.

Rəqəmsal İdentifikasiya Sisteminin iki başlıca üstünlüyü var: yeni sistemdə bankların informasiyaya əlçatanlığı artırılıb, müştərilər isə öz əməliyyatlarını operativ və sürətlə həyata keçirə bilirlər".

Fərqanə ALLAHVERDİQIZI

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?