13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən 14 ildə Bakı-Tbilisi-Ceyhan kəməri ilə 3,5 milyard bareldən çox neft daşınıb

Xəzər dənizində çıxarılan xam nefti Türkiyədən dünya bazarlarına çatdıran Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin Ceyhandakı dəniz terminalından 2006-cı ildən bu vaxtadək tankerlərə yüklənən neft həcmləri 3 milyard 522 milyon 209,8 min barelə çatıb.

“Botaş International” (BIL) və BTC-nin məlumatlarına görə, 2006-cı il iyulun 13-də istifadəyə verilən və əsrin enerji layihəsi adlandırılan boru kəmərinin son dayanacağı olan Adananın Ceyhan rayonundakı Heydər Əliyev adına Dəniz Terminalından dünya bazarlarına indiyədək 4595 tanker göndərilib.

Uzunluğu 1776 kilometr olan və 1076 kilometri Türkiyədən keçən BTC ilə daşınaraq Heydər Əliyev adına Dəniz Terminalına çatan xam neft boru kəmərinin Türkiyədəki hissəsini idarə edən “Botaş International” tərəfindən tankerlərə yüklənərək dünya bazarlarına gösndərilir.

BTC-nin istifadəyə verildiyi 2006-cı ildə boru kəməri ilə 57 milyon 78,3 min barrel, 2009-cu ildə isə maksimum həcmdə - 287 milyon 607,8 min barel neft daşınıb.

Keçən il dünya bazarlarına 233 milyon 175,9 min barrel xam neftin daşındığı BTC ilə cari ilin əvvəlindən indiyədək 214 tankerə 161 milyon 961,6 min barel neft yüklənib.

BTC ilə bu günə qədər daşınmış neft həcmləri isə 3 milyard 522 milyon 209,8 min bareli keçib.

Qeyd edək ki, təxminən 4 milyard dollara başa gələn boru kəmərinin hazırkı ötürücülük gücü gündəlik 1 milyon barel və ildə 50 milyon tondur. Bölgədə hər biri 1 milyon barel saxlama qabiliyyətinə malik 7 neft çəni, 51 blok klapan stansiyası, 4 nasos stansiyası və 2 pig stansiyası var.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?