7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pәrakәndә ticarәt şәbәkәsindә istehlakçılara 24,6 milyard manatlıq məhsul satılıb

Yanvar-avqust aylarında pәrakәndә ticarәt şәbәkәsindә istehlakçılara 24,6 milyard manatlıq, o cümlәdәn 13,3 milyard manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları, 11,3 milyard manatlıq qeyri-әrzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin yanvar-avqust ayları ilә müqayisәdә cari ilin müvafiq dövründə pәrakәndә ticarәt dövriyyәsi real ifadәdә 1,8 faiz, o cümlәdәn qeyri-әrzaq malları üzrә 6,9 faiz azalıb, әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları üzrә isә 3,3 faiz artıb. Hesabat dövründә әhalinin bir nәfәrinә düşәn orta aylıq pәrakәndә ticarәt dövriyyәsi 308,1 manat vә ya 2019-cu ilin müvafiq dövrünün göstәricisindәn nominal ifadәdә 2,5 manat çox olub. Ticarәt şәbәkәsindә bir ölkә sakini orta hesabla ayda 166,7 manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları, 141,4 manatlıq qeyri-әrzaq malları alıb.

Bu ilin 8 ayında istehlakçıların pәrakәndә ticarәt şәbәkәsindә xәrclәdiyi vәsaitin 54,1 faizi әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatlarının, 14,6 faizi toxuculuq mәhsulları, geyim vә ayaqqabıların, 5,5 faizi elektrik malları vә mebellәrin, 5,4 faizi avtomobil benzini vә dizel yanacağının, 1,8 faizi әczaçılıq mәhsulları vә tibbi lәvazimatların, 0,8 faizi kompüterlәr, telekommunikasiya avadanlıqları vә çap mәhsullarının, 17,8 faizi isә digәr qeyri-әrzaq mallarının alınmasına sәrf olunub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?