19 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il turistlərin ictimai iaşə sahəsində əlavə dəyər istehsalı 1,97 milyard manat olub

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyərin dinamikasında davamlı artım müşahidə olunub və bu göstərici 2019-cu ildə 6,4 faiz təşkil edib.

“İllik turizm statistikası 2019”da bildirilib ki, ötən ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əlavə dəyər istehsalı 1,97 milyard manat olub. Turizm sektorunun bir hissəsi olan bu sahənin iqtisadiyyatda xüsusi çəkisi 2,4 faizdir.

2019-cu ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 59,3 milyon manat investisiya qoyulub, ölkə üzrə əsas kapitala yönəldilən ümumi vəsaitin 0,3 faizi bu sahənin payına düşüb. Bu sahədə investisiya qoyuluşu bütövlükdə daxili mənbələr hesabına formalaşıb. 2015-2018-ci illər ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 914,7 milyon manat investisiya yatırılıb. Qoyulan investisiyanın 65,8 faizi və ya 602,2 milyon manatı yerləşdirmə obyektlərində xidmətlərin göstərilməsi, 34,2 faizi və ya 312,5 milyon manatı isə ictimai iaşə xidmətlərinin göstərilməsi sahələrinə yönəldilib.

2018-ci illə müqayisədə 2019-cu ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində məşğul olan əhalinin sayı 3 faiz artaraq 80,5 min nəfərə çatıb. Bu göstərici ölkədəki cəmi məşğulluğun 1,6 faizini təşkil edir. Onlardan 27,6 min nəfər əmək müqaviləsi ilə çalışanlardır ki, bu da cəmi muzdla işləyənlərin 1,7 faizini təşkil edir. Azərbaycanda turizm xidmətləri üzrə saldo 331,7 milyon ABŞ dollarına bərabər olub.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?