23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyi ilə xarici diplomatik korpusun nümayəndələri arasında görüş keçirilib

İqtisadiyyat Nazirliyi və xarici diplomatik korpusun nümayəndələri arasında videokonfrans formatında keçirilən görüşdə 35-ə yaxın diplomatik missiyanın 70-ə yaxın nümayəndəsi iştirak edib.

İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycanda həyata keçirilən islahatları, əlverişli biznes və investisiya mühitini diqqətə çatdırıb, xarici ölkələrlə iqtisadi əməkdaşlığın genişləndirilməsində yeni təşəbbüslərin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, xarici ölkələrlə rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat-logistika kimi prioritet sahələrdə əməkdaşlıq imkanları vurğulanıb. Bildirilib ki, Covid-19 pandemiyasının iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması məqsədilə qəbul edilmiş Tədbirlər Planı çərçivəsində prioritet sektorların inkişafı üzrə tədbirlər həyata keçirilir, sərmayə yatıran yerli və xarici sahibkarlar üçün vergi və gömrük güzəştləri, həmçinin investisiya təşviqi mexanizmləri tətbiq olunur. Yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqi dövlət-özəl tərəfdaşlığı formatında layihələrin həyata keçirilməsi və dövlət şirkətlərinin fəaliyyət göstərdiyi sahələrə özəl investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli rol oynayacaq.

Tədbirdə belə görüşlərin mütəmadi olaraq təşkil olunması, xarici diplomatik korpusun nümayəndələrinin ölkəmizdə həyata keçirilən mühüm iqtisadi tədbirlər, iqtisadi qanunvericilikdə yeniliklər barədə məlumatlandırılmasının əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycan iqtisadiyyatı, biznes və investisiya imkanlarına dair təqdimat keçirilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?