19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Dünya Bankının regional direktoru ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə videokonfrans formatda görüşü keçirilib.

Görüşdə Dünya Bankının Cənubi Qafqaz üzrə meneceri xanım Sara Mayklı yeni təyinatı münasibətilə təbrik edən İqtisadiyyat naziri qarşılıqlı əməkdaşlığın uğurlu olacağına əminliyini vurğulayıb. Qeyd edilib ki, ölkəmiz Dünya Bankı ilə əlaqələrə böyük önəm verir. Hazırda Azərbaycanda Dünya Bankının 4 kredit və 18 texniki yardım layihəsi icra olunur. Koronavirus (COVID-19) pandemiyasından irəli gələn çətinliklər və pandemiyanın sosial-iqtisadi təsirlərini minimallaşdırmaq üçün Dünya Bankı tərəfindən göstərilən dəstək tədbirləri yüksək qiymətləndirilir. Bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Bjerde arasında keçirilmiş görüş zamanı bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Qısa və orta müddətli dövr üçün ölkəmizin inkişaf prioritetlərinə dair fikirlərini bölüşən Mikayıl Cabbarov iqtisadi islahatlar və struktur dəyişiklikləri, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və rəqabətqabiliyyətliliyinin artırılması tədbirləri barədə məlumat verib.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda aparılan islahatların Bank tərəfindən dəstəkləndiyini, bir sıra sahələrdə təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Dünya Bankı ilə əməkdaşlığın inkişaf istiqamətləri və islahatlara dəstək barədə müzakirələr aparılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?