2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qaydar Abdikerimov: “Azərbaycan Orta Dəhlizdə əsas ölkədir, bu layihə onsuz gerçəkləşə bilməz” MÜSAHİBƏ

Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) baş katibi Qaydar Abdikerimov “vergiler.az”ın suallarını cavablandırır:

- Azərbaycanın mövcud nəqliyyat potensialı haqqında nə deyə bilərsiniz?

- Biz Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirmək məsələsində Azərbaycanı çox mühüm ölkə kimi qiymətləndiririk. Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə Azərbaycanın tranzit potensialına böyük ümidlər bəsləyirik. Bakı çox səmərəli infrastruktur layihələri həyata keçirir. Belə layihələrdən biri də bizim fəal şəkildə istifadə etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yoludur. Nəqliyyat əlaqəsi olmadan iqtisadiyyat normal fəaliyyət göstərə, inkişaf edə bilməyəcək. Bundan əlavə, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi ildən-ilə artır. Böyük İpək Yolu marşrutu üzrə həyata keçirilən layihələr çərçivəsində iki ölkənin tranzit potensialı yüksək səviyyədədir.

Son illər nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyulub. Azərbaycan nəqliyyat infrastrukturunu tamamilə modernləşdirərək regionun tranzit mərkəzinə çevrilib. Bu, həm dəmir yollarına, həm avtomobil yollarına, həm də limanlara aiddir. Biz buna sevinirik, çünki növbəti addım ölkənizin inkişafına yeni təkan verəcək bu infrastruktur imkanlarının bütün potensialından istifadə etmək olacaq.

Azərbaycan nəqliyyat infrastrukturunu tamamilə
modernləşdirərək regionun tranzit mərkəzinə çevrilib

- Azərbaycanın Orta Dəhliz çərçivəsində rolunu necə qiymətləndirirsiniz?

- Orta Dəhliz Azərbaycanın qarşıya qoyduğu iqtisadi məqsədlərə nail olmağa xidmət edir. Azərbaycan bu marşrutda əsas rol oynayan ölkədir və onun iştirakı təmin edilmədən layihə baş tuta bilməz. Biz ölkədə ən yüksək səviyyədə qəbul edilən qərarları alqışlayırıq. Çünki Azərbaycan nəqliyyat potensialını reallaşdırmaq və infrastruktur baxımından qabaqcıl ölkələrdən hesab olunur. Burada həyata keçirilən infrastruktur layihələrindən fəal istifadə olunacaq. Bütün bu infrastrukturun rəvan işləməsi son dərəcə vacibdir.

- Ötən il Orta Dəhlizin ötürmə qabiliyyəti necə dəyişdi?

- Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə 33,6 min konteyner daşınıb. Bu layihəyə Azərbaycan, Qazaxıstan, Türkiyə, Çin, Ukrayna, Polşa, Rumıniya, Sinqapur və Litva böyük dəstək verib. Həmin ölkələr mallarını daşımaq üçün nəqliyyat xidmətlərində maraqlıdırlar. Biz regionun bütün ölkələri ilə yükdaşımalarda fəal əməkdaşlıq edirik, onlara mallarının daşınmasını təmin etmək üçün əlverişli şərait yaradırıq.

Azərbaycan nəqliyyat potensialını reallaşdırmaq və
infrastruktur baxımından qabaqcıl ölkələrdən hesab olunur

- Orta Dəhlizin rəqəmsallaşdırılması hansı səviyyədədir?

- Bu məsələ bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki müasir innovativ təcrübələrdən yararlanmasaq, rəqabət qabiliyyətini itirə bilərik. Ona görə də bir sıra istiqamətlərdə rəqəmsallaşma ilə bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparırıq. Gələn il üçün əsas məqsədimiz rəqəmsal platformalardan istifadə və bununla da ekosistemin yaradılmasını təmin etməkdir. Transxəzər dəhlizində konteyner daşımaları üçün platformalar yaradılır. Bundan əlavə, Orta Dəhlizin keçdiyi ölkələrin müxtəlif platformalarının inteqrasiyası zəruridir. Bu, sadələşdirilmiş məlumat ötürülməsi baxımından çox vacibdir.

ARAYIŞ: Transxəzər beynəlxalq nəqliyyat marşrutu 8 dövlətin ərazisini əhatə etməklə 11 min kilometr məsafəyə malikdir. Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Rumıniyadan keçməklə Şərqlə Qərbi birləşdirən ən mühüm nəqliyyat dəhlizidir.

Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı əməkdaşlığın gücləndirilməsinə və dəhliz boyu ölkələrin tranzit potensialının artırılmasına yönəlmiş dördtərəfli bəyanat imzalayıblar. Prioritetlərdən biri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa-Asiya nəqliyyatında rəqabət üstünlüklərinin artırılmasıdır. Həmçinin, Xəzər dənizi limanları vasitəsilə Şimal-Cənub Beynəlxalq Yük Dəhlizinə qoşulmaq, bununla da dəhlizin İran, Fars körfəzi boyunca ərəb ölkələri, Şərqi Afrika və Hindistana qədər genişləndirilməsi planlaşdırılır.

Tamilla MƏMMƏDOVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ