6 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq daşıma xidmətləri üzrə dəyişikliklər MƏQALƏ

Azərbaycan Respublikasının Vergi Məcəlləsində 2026-cı ildən etibarən edilmiş dəyişikliklər beynəlxalq daşıma xidmətlərinin göstərilməsinə də təsir edib. 

Yeniliyi “vergiler.az”a "Business Service Center" MMC-nin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Abdulla Əfəndiyev şərh edir. 

Əvvəllər beynəlxalq daşıma xidmətləri üzrə elektron qaimə-faktura xidmətlərin göstərildiyi tarixdən 5 gün ərzində təqdim olunurdu. Lakin 2026-cı il yanvar 1-dən etibarən göstərilən beynəlxalq daşıma xidmətləri üzrə elektron qaimə-faktura daşıma xidmətlərinin başlanıldığı vaxtadək təqdim edilməlidir.

Beynəlxalq daşıma xidmətləri üzrə tərtib olunan elektron qaimə-fakturaların təqdimedilmə vaxtlarının dəyişdirilməsində başlıca məqsəd icra olunan xidmətlər üzrə vergi nəzarətinin gücləndirilməsi, eyni zamanda sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən əməliyyatların şəffaflığının artırılmasıdır.

Misal 1. “AA” MMC mikro sahibkarlıq subyekti olan müəssisə kimi beynəlxalq yükdaşıma xidməti göstərir. Tərəflər arasında bağlanan müqaviləyə əsasən, “AA” MMC “BB” MMC-yə (rezident müəssisə) məxsus 5 ton meyvə yükünü Azərbaycan Respublikasının Göyçay rayonundan (göndərmə məntəqəsi) Rusiya Federasiyasının Saratov şəhərinə (təyinat məntəqəsi) daşımalıdır. Müqaviləyə əsasən, daşıma xidmətinin dəyəri 4.500 manat olmaqla 10 may 2026-cı il tarixində başlayacaq. Qanunvericiliyin yeni tələbinə əsasən, bu zaman “AA” MMC 10 maydan gec olmayaraq elektron qaimə-faktura tərtib etməli və qarşı tərəfə göndərməlidir.

Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində göstərilən qaydalar dəyişməz olaraq qalır. Belə ki, “AA” MMC-nin beynəlxalq daşıma xidmətindən gəlirləri üzrə ƏDV sıfır dərəcə ilə tutulacaq və ilin sonunda müəssisə beynəlxalq daşıma xidmətindən əldə etdiyi mənfəətə görə mənfəət vergisi ödəyəcək.

Misal 2. Tərəflər arasında imzalanmış yükdaşıma müqaviləsinə görə, “AA” MMC “BB” MMC-nin 10 ton həcmində taxta-şalban yükünü Rusiya Federasiyasının Krasnoyarsk şəhərindən (göndərmə məntəqəsi) Azərbaycan Respublikasının Sumqayıt şəhərinə (təyinat məntəqəsi) daşımalıdır. Yükdaşıma xidmətinin dəyəri 5.200 manat olmaqla 15 iyun 2026-cı il tarixində başlayacaq. Vergi Məcəlləsinə əsasən, bu halda “AA” MMC 15 iyun tarixindən gec olmayaraq qarşı tərəfə elektron qaimə-faktura göndərməlidir.

Vergi Məcəlləsinin 175.7-ci maddəsində təsbit olunmuş qaydalar beynəlxalq yükdaşıma xidmətləri üzrə fəaliyyət göstərən müəssisələr üçün eyni olaraq qalır. Belə ki, mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna olunmaqla) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin müddəalarına uyğun qaydada əvəzləşdirilir.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?