1 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni Həyat Tərzinə keçidlə bağlı videoçarx hazırlanıb Video

İqtisadiyyat Nazirliyi cəmiyyətdə koronavirus (COVID 19) pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər çərçivəsində Yeni Həyat Tərzinə keçidlə bağlı məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bu məqsədlə Nazirliyin təşəbbüsü ilə növbəti maarifləndirici videoçarx hazırlanıb. Videoçarxda insanlar Yeni Qaydalara uyğunlaşmağa, iş adamları özünün, əməkdaşlarının və müştərilərinin sağlamlığına diqqətlə yanaşmağa, müəyyən edilən qaydalara, dövlətin tələb və tövsiyələrinə riayət etməyə dəvət olunur. Vurğulanır ki, iş yerlərində mütəmadi dezinfeksiya işlərinin aparılması, qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması, şəxsi gigiyenaya əməl olunması, əməkdaşların hərarətinə nəzarət əsas qaydalardır və hər birimizin sağlamlığı və rifahı bu qaydalara uyğunlaşmaqdan asılıdır.

İqtisadiyyat Nazirliyi sosial çarxları kommunikasiya vasitələrində və KİV-də geniş yayımlamaqla Yeni Həyat Tərzinə keçidin vacibliyini ictimaiyyətə çatdırır və bu sahədə ictimai dəstəyin artırılmasını təşviq edir.

VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi?