14 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic" telekanalına müsahibə verib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində "CNN Business Arabic" telekanalına müsahibə verib.

Müsahibədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə iqtisadi əlaqələrin gücləndirilməsi, enerji, sənaye, nəqliyyat, investisiyalar sahəsində uğurlu əməkdaşlıq, birgə layihələrin strateji əhəmiyyəti və iqtisadiyyatın şaxələndirilməsi kimi mövzulara toxunulub.

Müsahibədə qeyd edilib ki, Azərbaycan və BƏƏ hər iki ölkədə həyata keçirilən bir çox layihələr üzrə tərəfdaşdır. Ölkələrimiz arasında enerji təhlükəsizliyi və şaxələndirilməsi üzrə birgə fəaliyyət həyata keçirilir. Bu baxımdan, “Masdar”, ADNOC, XRG və digər şirkətlərlə əməkdaşlıq diqqətə çatdırılıb.

BƏƏ ilə səmərəli investisiya əməkdaşlığı, Azərbaycan və BƏƏ Birgə İnvestisiya Fondunun yaratdığı imkanlar haqqında məlumat verilib.

Müsahibədə Azərbaycanın iqtisadiyyatının inkişaf prioritetləri, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişafı istiqamətində əldə olunmuş nailiyyətlər, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması üçün görülən işlər nəzərə çatdırılıb.

-----

11:30

“OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində "CNN Business Arabic" telekanalına müsahibədə Azərbaycan – BƏƏ iqtisadi əlaqələrinin gücləndirilməsi, enerji, sənaye, nəqliyyat və investisiyalar sahəsində uğurlu əməkdaşlıq, birgə layihələrin strateji əhəmiyyəti və iqtisadiyyat şaxələndirilməsi kimi mövzuları müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?