14 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların vergi yükü optimallaşdırılıb VİDEO

Sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində mühüm dəyişikliklərdən biri də vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan və tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilən malların dairəsinin genişləndirilməsi ilə bağlıdır.

Vergi Məcəlləsinə əsasən malların vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi 2 faiz səviyyəsində məhdudlaşdırılır. Bu həddən artıq məbləğ gəlirdən çıxılmır. Məcəllədə istisna hallar müəyyən edilib ki, sözügedən tələb “Nağdsız hesablaşmalar haqqında” Qanunda göstərilən mallara, habelə daşınmaz əmlaka, avtomobil nəqliyyatı vasitələrinə və daşınar əsas vəsaitlərə aid olunmur.

Təcrübədə qiymətli daşlar və metalların, onlardan hazırlanmış məmulatların satışı ilə məşğul olan şəxslər həmin malların əhəmiyyətli hissəsini vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı əsasında alırlar. 2 faizlik məhdudiyyət bu şəxslərin təqdim etdikləri malların alış dəyərinin gəlirdən çıxılan xərclərə aid edilməsinə imkan vermir.

Vergi Məcəlləsindəki son dəyişikliklərə əsasən, qiymətli daşlar və metalların, o cümlədən onlardan hazırlanmış məmulatların satışını həyata keçirən sahibkarların vergi yükünün optimallaşdırılması məqsədilə uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan məmulatların dəyəri tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilir.

VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?