14 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinə göstərilən xidmətlər təkmilləşdirilir VİDEO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin bir qədər də yüksəldilməsi və vətəndaşların məmnunluq səviyyəsinin artırılması məqsədilə müasir yanaşmaların tətbiqi davam etdirilir.

Vergi ödəyicilərinə xidmət mərkəzlərində tətbiq olunan yeniliklərdən biri də vətəndaşların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilən şəxsiyyət vəsiqələrinin göstərilən xidmətlər zamanı keçərli olmasından ibarətdir. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər və şəxsiyyət vəsiqəsindəki məlumatların həmin sistem üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin özünün təqdim edilməsinə bərabər tutulur.

Həmin səbəbdən xidmət mərkəzlərinə müraciət edən şəxslərə Elektron Hökumət İnformasiya Sistemi üzərindən şəxsiyyət vəsiqələrinin təqdim olunması üçün imkan yaradılıb. Bu zaman kağız daşıyıcıda təqdim edilən şəxsiyyət vəsiqəsinin surətinin əvəzinə qeyd olunan sistem üzərindən götürülmüş elektron şəxsiyyət vəsiqəsi müvafiq sənədlərə əlavə edilir.

VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?