14 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi bəyannamələrinin vaxtında təqdim edilməsi zəruridir VİDEO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin vergi intizamına əməl etməsi və vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bəyannamələrin vaxtında təqdim edilməsini təmin etmək məqsədilə maarifləndirmə işlərini davam etdirir.

2024-cü ilin 4-cü rübü üzrə rüblük bəyannamə və hesabatlar 2025-ci ilin yanvar ayının 1-dən başlayaraq həmin ayın 20-dək, 2024-cü il üzrə illik bəyannamə və hesabatlar isə 2025-ci ilin yanvar ayının 1-dən başlayaraq mart ayının 31-dək vergi orqanına təqdim olunmalıdır.

Həmin dövr ərzində təqdim olunmalı rüblük bəyannamə və hesabatlar sırasına Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə, Sadələşdirilmiş vergi bəyannaməsi, Xüsusi notariuslar üzrə gəlir vergisi bəyanaməsi, Ödəmə mənbəyində tutulan vergi, İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, dövlət rüsumu haqqında hesabatlar aiddir. İllik bəyannamələrə isə gəlir vergisi, mənfəət vergisi, əmlak vergisi və torpaq vergisi bəyannamələri aid edilir.

Bəyannamə və hesabat formaları və onların tərtib edilməsi qaydaları barədə məlumatları Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi və sosial sığorta hesabatlarının əsas olmadan qanunvericilikdə müəyyənləşdirilmiş müddətdə təqdim edilmədikdə hər bir vaxtında göndərilməyən bəyannaməyə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Vergi və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə ödənilmədikdə isə ödəmə müddətindən sonrakı hər ötmüş gün üçün vergi ödəyicisindən 0,1 faiz məbləğində faiz tutulur.

VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?