2 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiq edilib

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 3 sentyabr 2024-cü il tarixli müvafiq qərarı ilə “Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib. Bu Qaydalar iqtisadiyyatda stimullaşdırıcı məqsəd daşımaqla, başlıca olaraq vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasını və rəqabətədavamlı sahibkarlığın təşviqini özündə ehtiva edən mexanizmi müəyyən edir.

Təcrübədə bir sıra borclu vergi ödəyiciləri maliyyə çətinlikləri səbəbindən yaranmış borc öhdəliklərini vaxtında ödəyə bilmirlər. Bu zaman onlara müəyyən müddətdə möhlət verildiyi halda, bu onların vergi öhdəliyini yerinə yetirməsinə dəstək olur. Məhz bu cür hallarla bağlı, vergi qanunvericiliyində vergi ödəyicisinin mövcud maliyyə vəziyyətini nəzərə alaraq, müəyyən tələblər daxilində onun borcunun ödənilmə müddətinin uzadılmasını nəzərdə tutan müddəalar mövcuddur.

Belə ki, Vergi Məcəlləsinin 85.6-cı maddəsi ilə, borcun ödənilməsi müddətinin uzadılmasına əsas verən hallar müəyyən edilib ki, həmin hallardan biri də, vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmamasıdır. Bunun üçün də, qeyd olunan müraciətlərə baxılan zaman, vergi orqanı ilk növbədə, borclunun mövcud ödəmə qabiliyyətinin olub-olmamasını dəqiq müəyyən edə bilməlidir.

Məhz bu səbəbdən, qanunun verdiyi bu imkandan real maliyyə çətinliyi yaşayan borcluların yararlanması, həmçinin bu sahədə sui-istifadə hallarının qarşısının alınması üçün vahid mexanizmin təsdiq olunmasına zərurət var idi. Nazirlər Kabinetinin müvafiq qərarı bu prosesi tənzimləyəcək.

VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi?