2 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunda işlərin 87 faizi yekunlaşıb VİDEO

Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilərək yekunlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanan yolun uzunluğu 39.7 km-dir.

Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr, torpaq yatağının eni isə 21.5 metr təşkil edir.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu km-lik hissələrində 6 avtomobil körpüsünün inşası, suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan 39 dairəvi borunun, 9 düzbucaqlı su keçidinin, 49 ehtiyat borunun, yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 7 yolaltı keçid, həmçinin zəruri yerlərdə beton və daş istinad divarlarının, avtobus dayanacaqlarının tikintisi layihə üzrə son mərhələdə aparılaraq yekunlaşdırılır.

Yolboyu torpaq işləri artıq 100 faiz icra olunub. Hazırda yol əsasının və çiyinlərin tikintisi, həmçinin 3 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Qeyd olunan işlər də son mərhələdə olmaqla icra olunur.

Yolun tikintisinin 2023-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 19 oktyabr 2022-ci il tarixində sözügedən yolun 14.2 km-lik Şükürbəyli-Cəbrayıl hissəsi, 5 may 2023-cü il tarixində isə 8.2 km-lik hissəsi istifadəyə verilib.

BÜTÜN YOLLAR QARABAĞA APARIR…

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?