3 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fərdi sahibkarlar tərəfindən sığortalanmış əsas vəsaitlər barədə məlumat vergi orqanlarına təqdim edilməlidir VİDEO

Vergi qanunvericiliyində edilmiş son dəyişikliklərə əsasən, sığortaçılar tərəfindən hüquqi şəxslərlə yanaşı, fərdi sahibkarlara məxsus sığortalanmış əsas vəsaitlər barədə məlumat vergi orqanına təqdim edilməlidir.

Belə ki, Vergi Məcəlləsinə 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən fərdi sahibkarların balansında olan daşınar əsas vəsaitlər əmlak vergisinə cəlb edilir. Eyni zamanda, müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır.

Sığortaçılar tərəfindən hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə məxsus sığortalanmış əsas vəsaitlər barədə məlumatın rüb bitdikdən sonra növbəti ayın 20-dək Dövlət Vergi Xidmətinə təqdim edilməli olduğunu nəzərə alaraq, uyğunlaşdırma çərçivəsində sığortaçılar tərəfindən hüquqi şəxslərlə yanaşı, fərdi sahibkarlara məxsus sığortalanmış əsas vəsaitlər barədə məlumatın da vergi orqanına təqdim edilməsi ilə bağlı müddəa Vergi Məcəlləsinə əlavə edilib.

Dəyişiklik çərçivəsində sığorta təşkilatlarının inzibati yükünün azaldılması məqsədilə qeyd olunan məlumat formasının təkrarsığortaçılar tərəfindən təkrarsığortalanmış əsas vəsaitlər barədə təqdim edilməsi ilə bağlı tələb ləğv edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?