7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank hesablarının açılması mexanizmi sadələşdirilir VİDEO

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi vergi ödəyicilərinin inzibatçılıq yükünün azaldılması ilə bağlıdır.

Mövcud qanunvericiliyə əsasən, bank hesablarının açılması məqsədilə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına kağız və ya elektron formada müraciət ərizəsi təqdim edilməli, müraciət vergi orqanı tərəfindən 2 gün ərzində emal olunmalıdır. Vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmadığı halda hesabın açılması üçün vergi orqanı tərəfindən banka şəhadətnamə-dublikat göndərilir, borcu olduğu halda isə bank hesabının açılmasından imtina edilir. Bu proses zamanı müəyyən olunmuş müddət, yəni 10 gün ərzində hər hansı səbəbdən bank hesabı açılmadıqda vergi orqanı tərəfindən banka göndərilmiş şəhadətnamə-dublikat qüvvədən düşmüş sənəd kimi qiymətləndirilir və həmin şəhadətnamə-dublikat üzrə hesabın açılması mümkün olmur.

Bank hesablarının açılması sahəsində vergi ödəyicilərinin mövcud inzibati yükünün azaldılması məqsədilə vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qoyulan məhdudiyyət aradan qaldırılıb, vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv edilib. Beləliklə, bundan sonra hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq.

Dəyişikliklərə əsasən, vergi ödəyicisinə açılmış hesabların vergi orqanında qeydiyyata alınması üçün bank əməliyyatları aparan şəxslər tərəfindən hesab açıldığı tarixdən 1 iş günü müddətində vergi orqanına elektron qaydada məlumat göndərilir. Açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. Vergi ödəyicisinin borcu olduğu və borcun ödəniş müddətinin bitdiyi halda, vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı, eyni gündə həmin hesab üzrə sərəncam da göndərilir.

Göründüyü kimi, mövcud inzibatçılığın sadələşdirilməsi və prosedurların azaldılması məqsədilə qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilməklə yeni mexanizmin tətbiqi nəzərdə tutulur.
Yeni mexanizm 2023-cü ilin oktyabr ayından tətbiq ediləcək və həmin müddətədək vergi orqanları ilə banklar arasında təklif olunan mexanizmin tətbiqi ilə bağlı inzibatçılığın qurulması işləri həyata keçiriləcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?