13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş Talış kəndinə daşıyıcı qaz xəttinin çəkilişi işi yekunlaşıb VİDEO

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq qaz təchizatı məqsədilə yaşayış məntəqələrində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Bu istiqamətdə görülən ilkin iş Tərtər rayonunun Talış kəndinin qazlaşdırılması olub.15 dekabr tarixindən etibarən Talış kəndinə polietilen borularla daşıyıcı yeraltı qaz kəmərinin çəkilməsi işlərinə başlanılıb. Vaxt məhdudiyyəti nəzərə alınaraq qazıntı işlərinə çox sayda müxtəlif texnika və işçi qüvvəsi cəlb edilməklə iki növbəli iş rejimində günün gecə vaxtlarında da işlər davam etdirilib. Yeraltı daşıyıcı qaz kəmərinin tikintisi gedişatında qazıntı işlərindən öncə qaz kəmərinin dəhlizi boyunca ANAMA tərəfindən aparılmış mina təmizləmə əməliyyatları zamanı çoxsaylı mina aşkar olunub və zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb. Qısa müddət ərzində tikinti-quraşdırma işləri başa çatdırılaraq qaz kəməri qaz təchizatı mənbəyinə qoşulub. Məlumat üçün bildirək ki, yeni çəkilmiş qaz xəttinin uzunluğu 11,1 kilometrdir.

Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir?