11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İctimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən müəssisələrə vergi güzəştləri veriləcək VİDEO

2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən müəssisələrə vergi güzəştləri ilə bağlıdır. Belə ki, dəyişiklikdə Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində müəyyən edilmiş güzəştin paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə də şamil edilməsi, eyni zamanda bu güzəştin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılan fondların siyahısının müəyyən edilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, ölkəmizdə elm, təhsil, mədəniyyət, tibb və idmanın inkişafı üçün bir sıra vergi güzəştləri müəyyən edilib. Belə ki, vergi ödəyiciləri tərəfindən Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən və hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsi 2019-cu il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azad edilib. Daha sonra güzəştin dairəsi genişləndirilib, əlavə olaraq vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara (“Yaşat” fondu, “Qarabağ Dirçəliş Fondu” və s.) köçürülən hissəsi də 2021-ci il yanvarın 1-dən 8 il müddətinə vergidən azad edilib.

Bununla belə, qeyd olunan istiqamətdə vergi güzəştinin əhatə dairəsinin genişləndirilməsi və sosial korporativ məsuliyyət çərçivəsində dövlət müəssisələri tərəfindən çəkilən belə xərclərin vergitutma məqsədləri üçün nəzərə alınması məqsədilə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə də bu güzəştin tətbiqi nəzərdə tutulur.Sözügedən dəyişiklik dövlətə məxsus olan hüquqi şəxslərin sosial istiqamətlərdə maliyyə yardımın edilməsində maraqlı olmasına və eyni zamanda həmin sahələrin maddi gəlirlərinin artmasına səbəb olacaq.

Digər bir dəyişiklik ictimai və sosial məqsədlər üçün yaradılan fondlarla bağlıdır. Belə ki, hazırda yalnız Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan fondlara edilən köçürmələr vergidən azaddır. Qanunvericiliyə olunmuş dəyişikliklə ölkə başçısının müvafiq qərarı ilə yaradılmayan, lakin müəyyən ediləcək siyahı üzrə ictimai və sosial məqsədli bir sıra digər fondlara edilən ödənişlərə də güzəşt tətbiq olunub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?