3 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Heydər Əliyev Mərkəzi təqdim edir: “Müasir Bakı” videolayihəsi Video

Paytaxt Bakının füsunkar gözəlliyi, müasir siması bu dəfə “Müasir Bakı” videolayihəsində təqdim olunub.

“DJ Kənan Drums”ın (Kənan Hüseynov) müxtəlif musiqi sintezi ilə hazırlanan layihə Bakının dinamik həyatını hiss etmək, gözəlliyini görmək üçün paytaxtı hündürlükdən canlandırır. Musiqinin müşayiəti ilə “Alov qüllələri”, Bakı bulvarı, Bakı Kristal Zalı, Heydər Əliyev Mərkəzi, paytaxtın ümumi mənzərələri təqdim edilir.

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanan layihənin 8 Noyabr - Zəfər Günü ərəfəsində təqdim olunması isə ölkəmizin qüdrətinin və gözəlliyinin daha bir tərənnümüdür. Eyni zamanda turizm baxımından Bakının cəlbediciliyini geniş auditoriyaya nümayiş etdirir.

Qeyd edək ki, son illər yüksəklikdən istifadə olunmaqla belə musiqi layihələrinin çəkilişləri dəbdədir və zaman keçdikcə musiqiçilər mütəmadi bu formata üz tuturlar. Belə təqdimatlar indiyədək Nyu-Yorkda (“DJ Tiesto”,“Live from Edge New York City”), Dubayda da (“DJ David Guetta”, “United at Home. Dubai Edition”) reallaşıb. Tanınmış “DJ David Guetta” öz çıxışını Dubayda, dünyanın ən hündür binası olan “Bürc Xəlifə”də, “DJ Tiesto” Nyu-Yorkda “Hudson Yards”ın “The Edge” müşahidə göyərtəsində təqdim etməklə əsrarəngiz musiqili video hazırlayıblar.

Bakı layihəsi isə paytaxtımızın müasir memarlığı sırasında olan İqtisadiyyat Nazirliyinin inzibati binasının damında lentə alınıb.

Layihə “SS Production” şirkətinin texniki dəstəyi ilə reallaşıb və çəkilişlərdə müasir video, işıq avadanlıqlarından istifadə olunub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?