5 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mədən vergisi ilə bağlı dəyişikliklər Video

Məlum olduğu kimi, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırılmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Vergi Məcəlləsinə edilmiş daha bir dəyişiklik yerin təkindən çıxarılan faydalı qazıntı növü olan gips və gəc məhsullarının mədən vergisinə cəlb edilən malların dairəsinə daxil edilməsi və yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisinin dövlət vergilərinə aid edilməsidir.

Gips və gəc məhsulları yer təkindən çıxarılan faydalı qazıntı kimi mədən vergisinə cəlb edilən faydalı qazıntıların dairəsinə daxil edilir. Gips və gəc məhsulları sement xammalının tərkibinə daxil olduğu üçün sement xammalının hər kubmetri üçün nəzərdə tutulan 1,0 manat mədən vergisi bu məhsullara da tətbiq ediləcək.

Eyni zamanda, yerli əhəmiyyətli tikinti materiallarının dövlət vergilərinə aid edilməsində əsas məqsəd faydalı qazıntıların bütün növləri üzrə vergilərin dövlət büdcəsinə ödənilməsi ilə vahid yanaşmanın tətbiq edilməsi, vergidən yayınma hallarının aradan qaldırılması, təbii sərvətlərdən istifadənin nəzarət edilə bilən olması, ölkə başçısının 16.07.2018-ci il tarixli Fərmanı ilə yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarətin gücləndirilməsindən ibarətdir.

Bununla yanaşı, yerin təkindən çıxarılan faydalı qazıntılardan (19 növdə faydalı qazıntı) yalnız 4 faydalı qazıntı növünə görə mədən vergisi yerli büdcəyə, digər faydalı qazıntılara görə isə dövlət büdcəsinə ödənilir. Bələdiyyələr tərəfindən yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi hesablanması və ödənilməsi üzrə nəzarətin dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilməsi bu sahədə vahid yanaşma yaradacaq.

VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?