3 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması asanlaşıb Video

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanını daha da asanlaşdırıb. İndiyədək vergi ödəyicisi digər ödəyicinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı barədə məlumat əldə etmək üçün istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) vasitəsilə İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olaraq "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə etməli idi. Artıq bu məlumatı www.e-taxes.gov.az saytının “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən (https://www.e-taxes.gov.az/ebyn/risk/ linkinə keçid alaraq) açıq formada əldə etmək mümkündür.

Qeyd edək ki, yenilik riskli vergi ödəyicilərinin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Bu ilin mart ayından etibarən, riskli ödəyicilərlə bağlı məlumatların əldə edilməsi kommersiya (vergi) sirri hesab olunmur. Çünki hər hansı vergi ödəyicisinin belə ödəyicilərlə əməliyyatlar aparması onun özü üçün də risklərin yaranması deməkdir. Bu, həm səyyar vergi yoxlamalarının, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?