13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İcarəçi sahibkarlara vergi dəstəyinin verilməsi nəzərdə tutulur Video

Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi Milli Məclisdə müzakirə olunur. Qanunvericiliyə təklif edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir.

Qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.

Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri də əmlak icarəyə götürən sahibkarlara dəstəyin verilməsi ilə bağlıdır. Təklifə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə götürən tərəfindən əvəzi ödənilməyən xərclərin kapitallaşdırılaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılması nəzərdə tutulur.

Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi əsas vəsaiti icarəyə götürdüyü və balansda uçota almadığı halda, həmin əsas vəsait üzrə çəkilmiş təmir xərcləri gəlirdən çıxılmır. Eyni zamanda, icarəyə götürülmüş əsas vəsaitin təmirinə çəkilmiş xərclər icarə haqqı ilə əvəzləşdirildikdə, həmin əsas vəsait üzrə çəkilən təmir xərcləri icarə haqqı şəklində gəlirdən çıxılan xərclərə aid edilir.

Göründüyü kimi, mövcud təcrübədə icarəçi vergi ödəyicisi tərəfindən icarəyə götürülən əmlaka görə təmir xərcləri çəksə də, belə xərcləri icarə haqqı ilə əvəzləşdirə bilmədiyi halda gəlirdən çıxılan xərclərə aid edə bilmir. Nəticədə, icarəyə götürən şəxs faktiki olaraq xərc çəksə də, həmin əmlak onun balansında olmadığına görə, bu xərci gəlirindən çıxa bilmir.

Təklif olunan dəyişiklik sahibkarlıq subyektlərinin hüquqlarını genişləndirməklə vergi ödəyicisinin balansında olmayan əsas vəsaitlər üzrə çəkilən təmir xərclərinin amortizasiya ayırmaları şəklində gəlirdən çıxılmasını qanunvericilikdə təsbit edir. Bununla da sahibkarın real xərci gəlirdən çıxılan xərc kimi tanınır və onun maliyyə yükünə müsbət təsir etmiş olur.

Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir?