3 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV inzibatçılığının təkmilləşdirilməsi və şəffaflığın daha da artırılması ilə bağlı tədbirlər davam etdirilir Video

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə başlama, vergi və hesabatlılıq" işçi qrupunun 2021-ci ilin Fəaliyyət Planı üzrə tədbirləri davam etdirir. Bu istiqamətdə ƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın daha da artırılması ilə bağlı tədbirlər həyata keçirilir.

Vergi inzibatçılığının təkmilləşdirilməsini nəzərdə tutan belə mühüm mexanizmlərdən biri də ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı “Vahid elektron lövhə”nin tətbiqidir. Dövlət Vergi Xidməti tərəfindən “Vahid elektron lövhə”nin fəaliyyəti ilə bağlı maarifləndirmə işi çərçivəsində "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" barədə elektron ərizənin doldurulması qaydası və "Vahid Elektron Lövhə"nin tətbiqi barədə məlumat” adlı video təlimat hazırlanıb. Burada “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə ərizənin onlayn tərtib olunması, göndərilməsi və bu ərizənin icrasına nəzarət məqsədilə yaradılmış “Vahid elektron lövhə”nin tətbiqi prosesi haqqında ətraflı izahat verilir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?