14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ahıl şəxslər üçün musiqili istirahət proqramı təşkil edilib

Ahıl şəxslər üçün musiqili istirahət proqramı təşkil edilib

Müasir vergi orqanlarının yaradılmasının 25 illiyi münasibətilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tədbirlər çərçivəsində ahıl şəxslər üçün musiqili istirahət proqramı təşkil edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Bilgəh qəsəbəsində yerləşən sosial xidmət müəssisəsində keçirilmiş tədbirdə ölkəmizdə aparılan sosial islahatlar, cəmiyyətin rifahı və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi, layiqli həyat şəraitinin təmin edilməsi, dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Vurğulanıb ki, Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı və məqsədyönlü fəaliyyəti dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin gerçəkləşməsində böyük əhəmiyyətə malikdir.

Ahıl insanlara göstərilən diqqət və qayğı bütün dövlət qurumları, o cümlədən Dövlət Vergi Xidməti tərəfindən də dəstəklənir, qurumun təşəbbüsü ilə yaşlı insanlarla görüşlər təşkil edilir, dəstəkləyici tədbirlər həyata keçirilir və onların qarşılaşdıqları məsələlər daim diqqətdə saxlanılır.

Tədbir çərçivəsində xüsusi musiqili proqram və maraqlı müsabiqələr keçirilib. Sosial xidmət müəssisəsinin sakinləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonda adıçəkilən müəssisədə yaşayan şəxslərə hədiyyələr təqdim edilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?