17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hər bir vətəndaşın müraciətinə həssaslıq nümayiş etdirilir

2019-cu ilin yanvar ayı ərzində vergi orqanlarına daxil olmuş 22.422 müraciətin 95,4 faizi ərizə, 4,5 faizii şikayət, 0,1 faizi təklif olub. Müraciətlərin 47,4 faizi müxtəlif arayışların alınması, 18 faizi kameral vergi yoxlamaları, 14,5 faizi sosial sığorta ödənişləri, 6,1 faizi vergi borcları, qalanları ƏDV, vergi qanunvericiliyinin tətbiqi, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri, işə qəbul, işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Baxılmış müraciətlərdən 76 faizi tam, 0,3 faizi qismən müsbət həll olunub, 22,7 faizi barədə müvafiq izahatlar verilib.

Nazirliyin aparatına daxil olmuş 1.751 müraciətdən 76 faizi ərizə, 22,3 faizi şikayət,1,7 faizi təklifdir. Müraciətlərin 17,5 faizi sosial sığorta ödənişləri, 12,7 faizi vergi qanunvericiliyinin tətbiqi, 12,2 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 11,9 faizi müxtəlif arayışların alınması, 11,8 faizi kameral vergi yoxlamaları, qalanları isə digər məsələlərlə bağlı olub. Ay ərzində nazirliyin aparatına daxil olmuş 163 faktiki şikayətdən baxılması başa çatdırılanların 74,3 faizi barədə müvafiq izahatlar verilib, 11,4 faizi müsbət həll olunub, 5,7 faizi əsassız sayılıb, qalanları icradadır.

2019-cu ilin yanvar ayı ərzində vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən 411 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?