12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın vergi sistemi: dünən, bu gün, sabah

11 fevral – vergi xidməti işçilərinin peşə bayramı günüdür

Elçin Quliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində bir sıra mühüm sənədlər imzalanıb və konkret hədəflər müəyyən edilib. Həmin hədəflərə nail olunması ilə bağlı istər qanunvericilik, istərsə də inzibatçılıq baxımından müntəzəm olaraq islahatlar aparılır.

Təsadüfi deyildir ki, son illərdə vergi qanunvericiliyində, xüsusilə Vergi Məcəlləsində, qabaqcıl beynəlxalq təcrübədən də istifadə olunmaqla, ölkədə sahibkarlığın inkişafına yönəlik xeyli sayda əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklər Azərbaycanda əlverişli sahibkarlıq mühitinin təmin edilməsini, sahibkarların öz vergi öhdəliklərini rahat şəkildə, heç bir maneə olmadan yerinə yetirmələri üçün imkanın yaradılmasını, eləcə də vergi mədəniyyətinin yüksəldilməsini, ödəyicilərin öz uçot-hesabat işlərinə daha ciddi yanaşmasını, dövlətimizin iqtisadi qüdrətinin əsas maddi qarantı olan vergi sisteminin daha şəffaf bir mexanizm olaraq işləməsini nəzərdə tutur.

Ümumiyyətlə, ölkə iqtisadiyyatının inkişafı iqtisadi idarəetmə strukturlarının bir-biri ilə koordinasiyalı şəkildə ümumi hədəflərə istiqamətlənmiş formada idarə olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan, Vergilər Nazirliyi tərəfindən həyata keçirilən islahatların əsas istiqamətləri də həmişə dövlətimizin ümumi iqtisadi inkişaf konsepsiyası çərçivəsində müəyyən edilib. Qarşıdakı dövrdə ölkədə azad rəqabətə əsaslanan sahibkarlıq mühitinin formalaşması, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, dünya bazarında respublikamızı layiqincə təmsil edə biləcək ixracyönümlü məhsul istehsalının dəstəklənməsi və s. kimi hədəfləri prioritet elan etməsi vergi sahəsində aparılan sonuncu islahatlarda öz əksini tapıb.

İstər vergi qanunvericiliyi, istərsə də vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlər tamamilə yuxarıda qeyd etdiyim hədəflərə istiqamətlənib. Xüsusilə Vergi Məcəlləsində edilmiş son dəyişikliklər radikal səciyyə daşıyır. İnanıram ki, bu sahədə Vergilər Nazirliyinin məqsədyönlü fəaliyyəti Azərbaycan iqtisadiyyatının çiçəklənməsi naminə dövlətin apardığı siyasət çərçivəsində özünü tam doğruldacaq və iqtisadiyyatımızın neqativ təsirlərdən səmərəli, etibarlı şəkildə qorunması və gənc müstəqil dövlətimizin beynəlxalq miqyasda öz layiqli yerini tuta bilməsi üçün qarant rolunu oynayacaqdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?