5 İyun 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çek tələb et, ödədiyin pulun bir hissəsini geri al...

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi və həmin vəsaitlərin qaytarılması ilə bağlı müvəkkil bank müəyyən edilib. Alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərini qeydiyyata almaq məqsədilə ayrıca "www.edvgerial.az" portalı hazırlanıb. İqtisadçı ekspert Eldəniz Əmirov yeni portalın yaradılmasını Vergilər Nazirliyinin ən uğurlu və məqsədyönlü addımlarından biri kimi qiymətləndirib.

Artıq neçə illərdir ki, nazirlik vətəndaşlara "ödəniş zamanı çek tələb edin" çağırışları edir, bunun dövlət və alıcı üçün faydaları izah olunur. Amma vətəndaşlar kassa çeklərinin birbaşa faydasını görmədiyi üçün çek tələb edilmirdi, "www.edvgerial" portalı elə bu zərurətdən yaranıb.

Portalın əsas əhəmiyyəti təkcə ƏDV-nin geri qaytarılmasında deyil, ödənişlərin leqallaşdırılmasına xidmət edir və bu prosesdə "ƏDVgerial" mexanizmi sadəcə bir vasitə rolunu oynayır. Ona görə də ƏDV-nin geri qaytarılması kommunal və bu qəbildən digər ödənişlərə şamil edilmir. Çünki həmin ödənişlər onsuz da qanuni yolla həyata keçirilir.

ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizminin vergi daxilolmalarının artmasından tutmuş, nağdsız ödənişləri stimullaşdırmağa qədər bir çox faydaları var:

  • ilk faydanın geri dönən pul olacağını artıq hər kəs bilir;

  • mal satan və xidmət göstərən tərəfdə rəsmi məsuliyyət formalaşacaq və bu da öz növbəsində alıcıya təqdim edilən mal və xidmətin səviyyəsinə müsbət təsir edəcək;

  • alınan malların geri qaytarılmasına zərurət yarandıqda "çek yoxdur" problemi olmayacaq;

  • nağdsız ödənişə meyl güclənəcək (bu, virus daşıyıcısı kimi nağd pula münasibətin dəyişdiyi günümüzdə daha da aktuallaşıb).

"ƏDVgerial" prinsipi ictimai nəzarətin güclənməsinə də müsbət təsir göstərəcək. Pulunun bir qismini geri alan vətəndaş xərclədiyi vəsaitin leqallaşmasında maraqlı olacaq.

Həkimin, müəllimin öz işinə vicdanla yanaşmasını istəyən vətəndaşın da hər ödənişə görə çek tələb etməsi vicdan məsələsinə çevrilməlidir. O, bununla dövlət büdcəsinin formalaşmasına öz töhfəsini vermiş olur.

Fərqanə ALLAHVERDİQIZI

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var