Artıq neçə illərdir ki, nazirlik vətəndaşlara "ödəniş zamanı çek tələb edin" çağırışları edir, bunun dövlət və alıcı üçün faydaları izah olunur. Amma vətəndaşlar kassa çeklərinin birbaşa faydasını görmədiyi üçün çek tələb edilmirdi, "www.edvgerial" portalı elə bu zərurətdən yaranıb.
Portalın əsas əhəmiyyəti təkcə ƏDV-nin geri qaytarılmasında deyil, ödənişlərin leqallaşdırılmasına xidmət edir və bu prosesdə "ƏDVgerial" mexanizmi sadəcə bir vasitə rolunu oynayır. Ona görə də ƏDV-nin geri qaytarılması kommunal və bu qəbildən digər ödənişlərə şamil edilmir. Çünki həmin ödənişlər onsuz da qanuni yolla həyata keçirilir.
ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizminin vergi daxilolmalarının artmasından tutmuş, nağdsız ödənişləri stimullaşdırmağa qədər bir çox faydaları var:
"ƏDVgerial" prinsipi ictimai nəzarətin güclənməsinə də müsbət təsir göstərəcək. Pulunun bir qismini geri alan vətəndaş xərclədiyi vəsaitin leqallaşmasında maraqlı olacaq.
Həkimin, müəllimin öz işinə vicdanla yanaşmasını istəyən vətəndaşın da hər ödənişə görə çek tələb etməsi vicdan məsələsinə çevrilməlidir. O, bununla dövlət büdcəsinin formalaşmasına öz töhfəsini vermiş olur.
Fərqanə ALLAHVERDİQIZI