23 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV-nin qaytarılması vergi qaçaqlarına qarşı ən effektiv mübarizə üsullarından biridir

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekan müavini Anar Fərəcov sosial şəbəkədə paylaşdığı status qeydində ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı mülahizələrini bölüşüb. 

ƏDV-ni geri al hüququmdan istifadə etdim. Çox mükəmməldir. Geri aldığın məbləğə kommunal borcları, kreditləri elektron qaydada ödəmək olur. Yəni bu xidmət şəffaf və əlçatandır. Bunun üçün sadəcə aldığın malların çekini tələb etmək və çekdəki Fiscal ID-ni sistemə daxil etmək lazımdır. Amma yığdığım bəzi çeklərdə Fiscal ID yox idi.

Artıq həmin ticarət yerlərindən nəsə almayacam. Vergidən yayınanları bu şəkildə biləcəyik və ƏDV-nin bir hissəsinin qaytarılması vergi qaçaqlarına qarşı ən effektiv mübarizə üsullarından biri olacaq. Dövlətimizin daha güclü olmasını istəyiriksə, hamımız vergilərimizi vaxtında və tam ödəməyə BORCLUYUQ!

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?