ƏDV-nin qaytarılması vergi qaçaqlarına qarşı ən effektiv mübarizə üsullarından biridir

2020.05.04 14:40 (UTC+04:00)

ƏDV-ni geri al hüququmdan istifadə etdim. Çox mükəmməldir. Geri aldığın məbləğə kommunal borcları, kreditləri elektron qaydada ödəmək olur. Yəni bu xidmət şəffaf və əlçatandır. Bunun üçün sadəcə aldığın malların çekini tələb etmək və çekdəki Fiscal ID-ni sistemə daxil etmək lazımdır. Amma yığdığım bəzi çeklərdə Fiscal ID yox idi.

Artıq həmin ticarət yerlərindən nəsə almayacam. Vergidən yayınanları bu şəkildə biləcəyik və ƏDV-nin bir hissəsinin qaytarılması vergi qaçaqlarına qarşı ən effektiv mübarizə üsullarından biri olacaq. Dövlətimizin daha güclü olmasını istəyiriksə, hamımız vergilərimizi vaxtında və tam ödəməyə BORCLUYUQ!