8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Muzdlu işdən gəlir vergisinə tətbiq olunan güzəşt

Muzdlu işdən gəlir vergisinə tətbiq olunan güzəşt

Vergilər Nazirliyinin şərhində göstərilir ki, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsinə əsasən, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bu güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"na əsasən, müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Siyahı bu sənədləri əhatə edir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;

  • uşağın doğulması haqqında şəhadətnamənin surəti;

  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı.

Qeyd olunanlara əsasən, birinci qrup əlil olan şəxsin ona baxan və onunla birlikdə yaşayan övladı olduğunu halda, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsində nəzərdə tutulmuş güzəşt həmin şəxsin birinci qrup əlilin himayəçisi və ya qəyyumu olduğu müvafiq orqanlar tərəfindən verilmiş arayışlarda təsbit olunduğu halda tətbiq oluna bilər.

Əlavə olaraq bildirilib ki, güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?