7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bina tikintisi fəaliyyəti üzrə edilən dəyişikliklər

Vergi Məcəlləsinə edilən son dəyişikliyə görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri sadələşdirilmiş vergi mükəlləfiyyətini seçmək hüququnu itirərək yalnız əlavə dəyər vergisi (həm də mənfəət (gəlir) vergisi) ödəyicisi kimi fəaliyyət göstərmək imkanına malik olacaqlar. Həmin şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə edilən ödəniş ƏDV-yə (dövlətə ayrılan hissəsinin təqdim edilməsi istisna olmaqla), illik mənfəətdən (gəlirdən) gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra isə mənfəət (gəlir) vergisinə cəlb ediləcəkdir. Mövzunu vergi hüququ üzrə ekspert Sirac Piriyev şərh edir.

Yeni qaydalar qüvvəyə minənə qədər tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda həmin hissələrin təqdim edilməsi zamanı vergitutma ilə bağlı mübahisələr yaranırdı. Yeni dəyişikliklə dövlətə ayrılan hissədən yaranan dövriyyə vergiyə cəlb olunan gəlir hesab edilir.

Eyni zamanda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Daha bir yenilik də ondan ibarətdir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər səyyar vergi yoxlamasının başlandığı günədək yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə məlumat formasını təqdim etmədikdə və ya belə sahələrin təqdim edilmədiyi barədə məlumat təqdim etdikdə, bu zaman həmin yaşayış və qeyri-yaşayış sahələri vergitutma məqsədləri üçün yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır.

Vətəndaşlar üçün maraqlı yenilik isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması ilə bağlıdır. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizlik hissəsi geri qaytarılacaqdır.

Misal: Tutaq ki, fiziki şəxs bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdən 236.000 manat (ƏDV ilə) məbləğində ev alır. Bu zaman həmin məbləğin ƏDV hissəsi 36.000 manat ( 236.000 x 18/118) olduğu üçün vətəndaşa geri qaytarılmalı olan ƏDV məbləği 10.800 manat (36000,0 x 30 %) təşkil edəcəkdir.

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?