7 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məşğul əhalinin cəmi 1/3-nin əmək müqaviləsi var

Vergi islahatları çərçivəsində gəlir vergisi şəklində dövlət büdcəsində toplanan vəsaitlərin təxminən 1/3 hissəsinin sahibkarlığın dəstəklənməsi üçün vergi ödəyicilərinə qaytarılmasında məqsəd odur ki, sahibkarlar qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasında maraqlı olsunlar. Vergi və sosial sığorta üzrə fiskal yükün dərəcələri isə elə müəyyənləşdirilib ki, həm işəgötürənlər, həm də işçilər iş yerlərinin rəsmiləşdirilməsinə həvəs göstərsin.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov qanunvericilikdə aparılan dəyişiklikləri şərh edərkən bildirib ki, izibati tədbirlərin görülməsinə, cərimələrin sərtləşdirilməsinə baxmayaraq, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində ciddi irəliləyiş əldə etmək mümkün olmadı. Halbuki ölkə iqtisadiyyatına böyük investisiyalar qoyulur, regionlarda yeni istehsal müəssisələri açılır: "Apardığımız təhlillərdə və daxili sorğularımızda məlum olurdu ki, sahibkarlar işçilərə aid vergi və sosial sığorta yükünün ağır olmasından daha çox şikayətlənirlər. Onlar işçilərlə əmək münasibətlərini tam şəkildə rəsmiləşdirməyə meyilli deyildilər. Bütün bunların aradan qaldırılması üçün dövlət mühüm bir tədbirə əl atdı: qeyri-neft sektorunun özəl bölməsində 8.000 manatadək aylıq əməkhaqqı alan işçiləri 7 il müddətinə gəlir vergisindən tam azad etdi, 8.000 manatdan yuxarı hissədən isə 14 faiz vergi tutulacaq. Sosial sığortaya gəldikdə, burada da bölgü aparıldı, 25 faiz sosial sığorta yükü işçi ilə işəgötürən arasında bölüşdürüldü".

Əməkhaqqının "kölgədən çıxması" ilə məcburi dövlət
sosial ayırmalar üzrə yığımın həcmi artacaq

N.Şirinov gəlir vergisi üzrə aparılan güzəşt siyasəti ilə bağlı da maraqlı faktlar açıqlayıb. Qeyd edib ki, hazırda ölkə üzrə məşğul əhalinin cəmi 1/3-i əmək müqaviləsi üzrə çalışır: "Əməkhaqqı ödənişləri kimi əldə edilən gəlirlər əhalinin məcmu pul gəlirlərinin 1/4-dən azdır. Manatla pul kütləsinin iqtisadiyyatda dövriyyəsinə baxsaq görərik ki, nağd pul kütləsi 50 faizdən yuxarıdır. Yəni bir tərəfdən qeyri-rəsmi məşğulluq və uçotdan yayınmaların, digər tərəfdən dövriyyədə böyük məbləğlərdə nağd pulların olması yekunda vergidən yayınmalara səbəb olur".

Natiq Şirinov gəlir vergisi üzrə güzəştlərin dövlət və neft-qaz şirkətlərinə şamil olunmamasına aydınlıq gətirərək bildirib ki, söhbət qeyri-neft sektoruna aid özəl bölmələrdə çalışan işçilərin əməkhaqqının artmasından getmir: "Sadəcə olaraq, qeyri-rəsmi verilən əməkhaqqının leqallaşdırılması həyata keçiriləcək. Bu, həm də işçilərin gələcək pensiya təminatı deməkdir. Əməkhaqqının kart sistemi ilə verilməsi sayəsində nağdsız dövriyyənin payı da artmağa başlayacaq. Əməkhaqqının "kölgədən çıxması" ilə məcburi dövlət sosial ayırmalar üzrə yığımın həcmi artacaq və bunun nəticəsində gələcəkdə dövlət büdcəsindən Dövlət Sosial Müdafiə fonduna transferlərin məbləği azalacaq".

Elxan SALAHOV

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?