10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV-nin qismən qaytarılması ilə bağlı hazırlıq prosesi başa çatmaq üzrədir

2019-cu ildə Vergi Məcəlləsinə tətbiq edilən stimullaşdırıcı dəyişikliklərdən biri də əhaliyə ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan ƏDV-nin qismən qaytarılması idi. Artıq qanunun bu tələbinin həyata keçirilməsi üçün zəruri olan tədbirlər üzrə əsasnamənin və texniki şərtlərin hazırlanması prosesi tamamlanmaq üzrədir.

Mövzunu şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərov bildirib ki, qaytarılan məbləğlər – nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə - 10 faizi həcmində olacaq: "Misal üçün, hansısa bir şəxs ticarət obyektində 200 manat məbləğində mal aldığı zaman qaytarılan məbləğin hesablanması aşağıdakı kimi aparıla bilər:

(200 - 200/118%) * 10% = 3,05 man. – nağd əməliyyatlar üzrə
(200 - 200/118%) * 15% = 4,58 man. – nağdsız əməliyyatlar üzrə.

Beləliklə, hər xərclədiyiniz 200 manatdan sizə 4,58 manata qədər vəsait qaytarıla bilər. Bu tədbirlər ölkədə nağdsız əməliyyatlara marağı daha da artırmaq, nağd əməliyyatlar zamanı isə əməliyyatın qanunvericilikdə nəzərdə tutulan qaydada kassa çekinin vurulmasını stimullaşdırmaq məqsədi güdür".

V.Mirheydərovun sözlərinə görə, ƏDV-nin qaytarılmasının digər təsiri əhalinin real xərclərinin məbləğinin vergi orqanları tərəfindən qeydə alınmasıdır ki, bu da müxtəlif təhlillər üçün geniş imkanlar yaradır: "Əslində, əhali tərəfindən xərclərin könüllü şəkildə açıqlanması dolayı yolla gəlirlərin açıqlanmasına aparır. Məsələn, hansısa bir şəxsin ilin 12 ayının hər birində 1.000 manat xərclərinin olması həmin şəxsin aylıq gəlirinin 1.000 manat civarında olmasını böyük ehtimalla iddia etməyə imkan verir.

Deyilənləri nəzərə alaraq nəticə çıxarmaq olar ki, yaxın zamanda Vergilər Nazirliyinin AĞART layihəsinə qoşulanların sayı daha da artacaq".

Fəxriyyə İKRAMQIZI

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?