27 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vətəndaş müraciətlərində qaldırılan məsələlərin 79 faizindən çoxu müsbət həll olunub

2019-cu ildə vergi orqanlarına 233 min 193 müraciət daxil olub. Onlardan 93 faizi ərizə, 6,9 faizi şikayət, 0,1 faizi təklif olub. 683 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan müraciətlərdən 79,3 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub,18,4 faizi barədə müvafiq izahatlar verilib, 0,8 faizi əsassız sayılıb, 0,4 faizi isə aidiyyəti üzrə göndərilib, 1,2 faizi icradadır.

Ötən il vətəndaşlar Vergilər Nazirliyinə əsasən vergi mükəlləfiyyətinin dəyişdirilməsi, vergi ödəyicisinin qeydiyyatı ilə bağlı arayışların verilməsi, vergi və sosial sığorta haqları üzrə borclar, kameral vergi yoxlamaları ilə bağlı müraciət ediblər.

2019-cu ildə nazirliyin aparatına 27 min 70 müraciət daxil olub. Daxil olan müraciətlərdən 50,5 faizi ərizə, 48,5 faizi şikayət, 1 faizi təklif olub. 54 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

2019-cu ildə vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 7.976 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Vergilər Nazirliyinin aparatında qəbul edilmiş 1.713 vətəndaşın müraciətindən 413-ü vergi orqanlarında işə qəbul olunma və iş yerinin dəyişdirilməsi, 338-i ƏDV, 112-si səyyar vergi yoxlaması, 107-si vergi borcları, 103-ü ölkə sərhədlərindən çıxışına qoyulmuş məhdudiyyət, 73-ü kameral vergi yoxlaması, 48-i vergidən yayınma halları, 45-i vergi qanunvericiliyinin tətbiqi, 19-u vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 11-i operativ vergi nəzarəti tədbirləri ilə bağlı olub.

Vergilər naziri və onun müavinləri tərəfindən il ərzində müxtəlif şəhər və rayonlarda 249 vətəndaş qəbul edilib.

Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur?