9 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tikinti şirkətlərinin vergi yükü

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu ildən vahid vergiqoyma sistemində fəaliyyət göstərəcək, ƏDV və mənfəət vergisi ödəyicisi olacaqlar.

İqtisadçı ekspert Rəşad Əliyev "vergiler.az"a açıqlamasında qeyd edib ki, Vergi Məcəlləsində son dəyişikliklərdən əvvəl bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər iki vergi rejimindən birini seçə bilərdilər: "2016-cı ilədək bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri eyni zamanda həm sadələşdirilmiş verginin ödəyicisi, həm də ƏDV ödəyicisi idilər. 2016-cı ildən vergi ödəyicisi iki vergi rejimindən birini seçmək imkanı əldə etdi: ya sadələşdirilmiş vergi sistemini seçməli, ya da ƏDV və mənfəət vergisi ödəyicisi kimi vergi öhdəliklərini yerinə yetirməli idi. Sadələşdirimiş verginin ödəyiciləri vergini hər kvadratmetrə görə hesablayıb ödəyirdi. ƏDV və mənfəət vergisi ödəyicisi isə vergilərini dövriyyə, xərc və mənfəət məlumatlarına əsasən hesablayırdı".

Qeyd edilib ki, yüksək rentabelli tikinti işlərində sadələşdirilmiş vergi ödənişi daha əlverişli idi: "Digər məsələ isə mühasibatlıqla bağlı idi. Sadələşdirilmiş verginin ödəyiciləri mənfəət vergisi ödəyiciləri olmadığı üçün onlar xərc maddələrinin sənədləşdirilməsinə o qədər də diqqət yetirmirdilər. Bu isə artıq dövlət üçün problem yaradırdı, çünki sənədləşdirilməyən dövriyyələri stimullaşdırırdı".

Mənfəət vergisi və ƏDV ödəyicisi olmaq aşağı rentabelli layihələr üçün əlverişlidir. Bu zaman mühasibat sisteminin daha düzgün, şəffaf olması vacibdir: "Daha bir böyük fərq isə odur ki, sadələşdirilmiş vergi bizim halda "sərt" vergi hesab edilirdi. Yəni satışın olub-olmamasından asılı olmayaraq, bu vergi hər kvadratmetr üçün ödənilməli idi. Mənfəət vergisi və ƏDV ödəyicisi olanlar isə vergini dövriyyə və mənfəət göstəricilərindən asılı olaraq ödəyirlər. Vergi ödəyicisi məhz bu iki vergi rejimi üzrə özünə iqtisadi cəhətdən sərf edənini seçmək imkanından istifadə edirdi".

"Kölgə istisadiyyatı" və qara mühasibat ilə mübarizə müəyyən dövrdən sonra sadələşdirilmiş verginin ödəyicisi olmaq istəyinin azalmasına xidmət edəcəyi gözlənilən idi. Üstəlik də tikinti sektorunda yüksək rentabellilik dövrünün arxada qalması bu dəyişikliyi daha da aktuallaşdırmışdı...

Fərqanə ALLAHVERDİQIZI

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?