5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərə maliyyə sanksiyası

Şadlıq evlərinin fəaliyyətini təmin etmək məqsədilə cəlb olunan ofisiantlar tərəfindən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" alınmazsa, onların işə cəlb edilməsinə görə maliyyə sanksiyası tətbiq edilə bilərmi?

Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixdən edilmiş dəyişikliyə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərlə (ofisiantlarla) əmək müqaviləsi bağlandığı hallar istisna olmaqla, həmin şəxslərin fəaliyyətə başlayanadək "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə işəgötürənə (vergi orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 2.000 manat, ikinci dəfə yol verildikdə 4.000 manat, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Beləliklə, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiantlar) ilə əmək müqaviləsi bağlanmadıqda həmin şəxslər yalnız "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" olduğu halda işlərin yerinə yetirilməsinə cəlb edilməlidir.

Belə şəxslərin müvafiq qəbz olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi vergi orqanında uçotda olan sifarişçiyə münasibətdə maliyyə sanksiyasının tətbiqinə əsas yaradır.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?