8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tikinti şirkətləri üçün vergi şərtləri dəyişdirilib

Tikinti şirkətləri üçün vergi şərtləri dəyişdirilib

Milli Məclisdə qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. İqtisadçı ekspert Radil Fətullayev Azərbaycanda vergi ödəmə sistemi ilə bağlı iki əsas vergi rejiminin mövcud olduğunu xatırladaraq bildirib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq tikinti şirkətləri bu rejimlərin hər birində fəaliyyət göstərərək vergi ödəyicisi ola bilirdilər: "Bununla yanaşı, Vergi Məcəlləsinin sadələşdirilmiş vergi ilə bağlı hissəsində qeyd olunub ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər də bu verginin ödəyiciləri ola bilərlər. Əgər bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs sadələşdirilmiş vergi ödəyicisi olurdusa, o zaman vergi mənfəətdən tutulmurdu. Sadələşdirilmiş vergi tikinti aparılan binanın sahəsini 45 manata, alınan rəqəmi zona əmsalı və qeyri-yaşayış obyekləri üçün 1,5 yüksəldici əmsala vurmaqla hesablanırdı".

Vergi Məcəlləsinə qəbul edilən son dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci ildən bina tikintisinə başlamış şəxslər yalnız gəlir (mənfəət) + ƏDV vergisi ödəyicisi olacaqlar. Bu halda bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən əldə edilən gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra yaranan fərqdən 20 faiz dərəcə ilə mənfəət/gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Qanunvericilikdə qəbul edilən yeniliyin tikinti bazarına müsbət təsir edəcəyini deyən R.Fətillayev tikinti şirkətlərinin mənzillərin qiymətlərini artıra biləcəyini də istisna etməyib.

Onu da deyək ki, gələn ildən vətəndaşlara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklərdə yaşayış və ya qeyri-yaşayış sahəsi alan vətəndaşlara güzəştlər də nəzərdə tutulub. Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva keçirdiyi brifinqdə bildirib ki, vətəndaş aldığı əmlakın dəyərini nağdsız qaydada təqdim etdikdə onun ödədiyi ƏDV-nin 30 faizlik hissəsi dövlət tərəfindən geri qaytarılacaq.

Fərqanə ALLAHVERDİQIZI

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?