19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın vergi orqanı əməkdaşları İtaliyada səfərdə olublar

İtaliya Gəlirlər Agentliyinin dəvəti ilə Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsi və Tədris Mərkəzinin əməkdaşları İtaliyada işgüzar səfərdə olublar.

Səfər zamanı vergi orqanlarında aparılan kadr siyasəti və kadr potensialının artırılması istiqamətində görülən işlər, təlim və inkişaf məsələlərinin təşkili, Tədris Mərkəzinin elmi tədqiqat və əməkdaşlıq fəaliyyəti, müasir tələblər nəzərə alınmaqla elmi potensialın artırılması istiqamətində görülən tədbirlərlə bağlı məlumat verilib.

Səfər çərçivəsində insan resursları və təlimlərin təşkili sahəsində iki ölkə arasında təcrübə mübadiləsinin perspektivləri müzakirə olunub.

Tədbirdə ölkəmizi Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsinin rəis müavini Kamran Məmişov, Tədris Mərkəzi rəisinin birinci müavini Ceyhun Mehdiyev, Mərkəzin rəis müavini Mirəli Kazımov və Keyfiyyət təminatı bölməsinin rəisi Jalə Əliyeva təmsil ediblər.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?