19 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər həqiqi ÜDM-in ortaya çıxmasına şərait yaradır

İqtisadçı ekspert Ruslan Atakişiyev Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklərin konkret hədəfləri barədə bildirib ki, bunlar şəffaflaşma tendensiyasının daha da genişləndirilməsi, rəqabət mühitinin təmin edilməsi, vergidən yayınmaların qarşısının alınması, iqtisadi artımın dəstəklənməsi və dövlət büdcəsinin dayanıqlı artımının təmin edilməsidir: "Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin hədəfləri müəssisələrin, sahibkarların öz fəaliyyətlərini rəsmiləşdirməsini, uçota alınmağa marağın artırılmasını, əmək müqavilələrinin bağlanmasını - işçi ilə işəgötürən arasında şəffaf münasibətin qurulmasını əhatə edir. Bundan başqa, yeni dəyişikliklərdə sahibkarlara bəzi güzəştlərin verilməsi də nəzərdə tutulur. Quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi kənd təsərrüfatının inkişafına dolayı yolla dəstək verəcək".

R.Atakişiyev bildirib ki, yeni qaydalar qida təhlükəsizliyinin təmin edilməsinə, əhalinin gigiyenik, sağlam qida məhsulları ilə təmin olunmasına da töhfə verəcək: "Quş və heyvan ətinin 18 faiz ƏDV-dən azad edilməsi daha çox ƏDV ödəyicisi olan iri ət dükanlarında, supermarketlərdə bu məhsulların geniş satışına imkan yaradacaq. Nəticədə əhali anti-sanitar şərait hökm sürən dükanlardan ət almaqdansa, iri satış mərkəzlərinə yönələcək".

Bundan başqa, dəyişikliklərin əsas məqsədlərindən biri büdcə daxilolmalarında verginin payını artırmaq və həqiqi ümumi daxili məhsulu (ÜDM) ortaya çıxarmaqdır: "Son dövrlər vergi sahəsində baş verən şəffaflaşma nəticəsində məlum oldu ki, ÜDM-in artması heç də iqtisadiyyatdakı artım sayəsində əldə olunmayıb. İqtisadiyyatda da artım var, amma ÜDM-dəki artımın böyük hissəsi "qaranlıqda qalan", görünməyən, iqtisadi artımda özünü göstərməyən sahələrin "işığa çıxması" nəticəsində əldə olunub.

Səbuhi TURAN

Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri