10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mənfəət vergisi ilə bağlı azadolmaların siyahısı genişləndirilib

Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması ilə bağlı müddəalara edilən əlavələrdir 

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına və 110-cu maddəsinə əsasən, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir. Bundan əlavə, Vergi Məcəlləsinə kapital anlayışı əlavə edilmişdir. Kapital - aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəri kimi müəyyənləşdirilmişdir. Dəyişikliyə əsasən, vergi ödəyicisinin xaricdən aldığı borclarının xalis aktivlərindən iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlər gəlirdən çıxılmayacaq. Bu məhdudiyyət xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclara, eləcə də rezident bankların və kredit təşkilatlarının xaricdən aldığı borclara aid edilmir.

İqtisadçı Anar Bayramovun sözlərinə görə, bu dəyişiklik gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılmasının tətbiqi üçün nəzərdə tutulub. Dəyişikliyin mahiyyəti budur ki, rezident banklar və kredit təşkilatları istisna edilməklə, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna edilməklə) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir.

MİSAL:

Tutaq ki, "A" MMC-nin xalis aktivlərinin dəyəri 100.000 manatdır. MMC illik 10 faiz olmaqla xaricdən 350.000 manat borc almışdır. Bu halda, MMC xaricdən alınmış borca görə illik hesablanmış faizi aşağıdakı qaydada gəlirdən çıxmalıdır:

100.000 x 2 = 200.000 manat xalis aktivin iki misli;
350.000 – 200.000 = 150.000 manat xalis aktivdən iki dəfədən çox olan hissə;
200.000 x 10% = 20.000 manat xərcə silinə bilən məbləğ;
150.000 x 10% = 15.000 manat xərcə silinə bilinməyən məbləğ.

İqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, bu dəyişikliklərin məqsədi ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyekti ilə xaricdə fəaliyyət göstərən borcverən subyekt arasında borc münasibətlərində yaranan faiz ödəmələrinin xərclərə aid edilməsi prinsiplərini daha detallı və daha ədalətli səviyyəyə gətirməkdir. "Əvvəllər bu cür münasibətlər əməliyyatın iqtisadi mahiyyətindən, tərəflərin bir-biri ilə əlaqəsindən asılı olmayaraq, vahid yanaşma ilə nəzərdən keçirilirdi. Yeni qaydalarda isə yanaşma daha da təkmilləşdirilib ki, bu da əvvəlki yanaşmanın çatışmazlıqlarının aradan qaldırılmasına xidmət edir. Bu dəyişikliklərin başqa müsbət nəticələri də olacaq. Məsələn, bir çox yerli sahibkarlıq subyektlərini xalis aktivlərin göstəricilərinə daim nəzarət etməyə, onun həcmini optimal səviyyədə saxlamağa stimullaşdıracaq. Çünki bir çox subyektlər fəaliyyətinin borc vəsaitləri hesabına təmin edilməsinə daha çox üstünlük verirlər ki, bunun arxasında da bəzi hallarda neqativ hallar dayanır".

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?