27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşçiyə ezamiyyə haqqı hansı formada ödənilməlidir?

İşçiyə ezamiyyə haqqı hansı formada ödənilməlidir?

"Nağdsız hesablaşmalar haqqında" Qanuna əsasən, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən kompensasiya xarakterli ödənişlər (o cümlədən də işçinin xərclərini kompensasiya edən ezamiyyə xərcləri) nağdsız qaydada ödənilməlidir.

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərək bildirib ki, qaydalara əsəsən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər ezamiyyə xərclərini nağd şəkildə ödəyə bilərlər. Qeyd edilən dövriyyəni keçən vergi ödəyiciləri isə ezamiyyə xərclərini nağd şəkildə ödəsələr, Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyasına məruz qala bilərlər.

Misal: Tutaq ki, dövriyyəsi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan yuxarı olan vergi ödəyicisi müxtəlif dövrlərdə işçilərə cəmi 4.000 manat ezamiyyə haqqını nağd şəkildə ödəyib. Bu hal vergi nəzarəti tədbirləri nəticəsində müəyyən olunarsa, vergi ödəyicisinə 400 manat (4.000 x 10%), təqvim ili ərzində 2 və 3 və daha çox hallarda müvafiq olaraq 800 manat (4.000 x 20%) və 1.600 manat (4.000 x 40%) həcmində maliyyə sanksiyası tətbiq olunacaq.

Fəxriyyə İKRAMQIZI

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?