10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kimlər elektron qaimə-faktura verməkdən azaddır?

Vergi qanunvericiliyinin tələblərinə əsasən, e-qaimələrin tətbiqi uçot məlumatlarının qeydə alınması sahəsində dəyişikliklərə səbəb olmaqla, uçot-məlumat bazasının şəffaflığının, eləcə də qeydiyyata alınan əməliyyatların artımına səbəb olub. E-qaimələrin tətbiqinin həm vergi orqanları, həm də vergi ödəyiciləri üçün bir sıra üstünlükləri var. E-qaimə inzibatçılıq xərclərinin azaldılmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

Elektron qaimə-fakturaların istifadəsi Vergi Məcəlləsinin 71-1-ci maddəsi ilə tənzimlənir. Qanunvericiliyin tələblərini izah edən iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, istər VÖEN-i olan fərdi sahibkar, istər hüquqi şəxs yaradaraq fəaliyyət göstərən şəxslər göstərdikləri hər hansı xidmətə, hər hansı əmtəəni təqdim etdiklərinə görə mütləq qarşı tərəfə e-qaimə verməlidirlər: "Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən, Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu isə satılan malların, təqdim edilən xidmətlərin uçotunun aparılmasına imkan verir. Digər tərəfdən, vergi ödəyicilərinin hesablarını asanlaşdırır".

Qanunvericilikdə e-qaimə təqdim etməkdən azad şəxslər də nəzərdə tutulub. R.Atakişiyevin sözlərinə görə, bu məsələ də Vergi Məcəlləsinin 71-1.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur: "Yəni fərdi şəkildə işləyən və vergi orqanlarında qeydiyyata alınmayan şəxslər elektron qaimə-faktura vermirlər. Məsələn, öz həyatyanı sahəsində becərdiyi kənd təsərrüfatı məhsullarını təqdim edən şəxslər satdıqları məhsullara görə belə sənəd təqdim etmirlər. Müəyyən müəssisələr bu əməliyyatları alış aktı ilə rəsmiləşdirə bilirlər. Bir sıra hallarda isə dövlət qurumlarının təqdim etdiyi rəsmi sənədlər –mədaxil qəbzləri elektron qaimə-fakturanı əvəz edir".

Qeyd edilib ki, gələn ildən bu sahədə müəyyən yeniliklərin olması gözlənilir. Xüsusən, ƏDV ödəyicisi olan şəxslər vergi hesab-fakturası tərtib etməkdən azad olacaqlar. Artıq vergi məqsədləri, eləcə də digər məqsədlər üçün nəzərdə tutulan bütün məlumatların əldə edilməsi üçün elektron qaimə-faktura kifayət olacaq.

Fərqanə ALLAHVERDİQIZI

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?