25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Energetik içkilərə aksiz vergisi gələn aydan tətbiq olunacaq

Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri"ndə dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycana gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri dəyişib: şəkər əlavələri və ya digər şirinləşdirici və ya dadaromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilərin 1 litri üçün 3 manat; meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin 1 litri üçün 3 manat; tutumu 2 litrdən az olan alkoqollu energetik içkilərin 1 litri üçün 2 manat; tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilərin 1 litri üçün 2 manat; siqarlar, o cümlədən ucları kəsilmiş siqarların 1 ədədi üçün 1 manat; siqarillaların 1000 ədədi üçün 20 manat; tütün tərkibli siqaretlərin 1000 ədədi üçün 28 manat; tərkibində tütün əvəzləyicisi olan siqarların 1 ədədi üçün 1 manat; tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün 20 manat; tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün 28 manat; elektron siqaret mayesinin 1 litri üçün 20 manat müəyyən edilib.

Qərar 2019-cu il yanvarın 10-da dərc edilib və 30 gün sonra, yəni fevralın 10-da qüvvəyə minəcək.

Elxan SALAHOV

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?